SON XƏBƏRLƏR

ABŞ ilə hər hansı razılaşma qəti deyil- "Fars"

2026.06.12, 15:09
ABŞ ilə hər hansı razılaşma qəti deyil- "Fars"

İsveçrədə imzalanma və ya üzbəüz görüş barədə hər hansı bir fərziyyə Amerika təklifləri və istəklərinin anlaşılmazlığından başqa bir şey deyil.

Gunaz.tv

Bunu SEPAH-a bağlı "Fars" xəbər agentliyi yazıb.

Agentlik ABŞ və İslam Respublikası arasında İsveçrədə müqavilə imzalanması ilə bağlı dərc olunmuş məlumatları təkzib edib.

"Fars" ABŞ prezidenti Donald Trampın İslam Respublikası ilə razılığa gəlmə ehtimalının artması və İran hökumətinin razılaşmaya təslim olması ilə bağlı açıqlamalarını "psixoloji oyun" adlandırıb.

Media orqanı həmçinin Tehranda araşdırmaların hələ də davam etdiyini və yekun razılaşmaya çatmaqla bağlı hələ də "tam əminlik" olmadığını bildirdi.

Bu, Bloomberg-in məlumatlı mənbələrə istinadən ABŞ və İslam Respublikasının "anlaşma memorandumu" şəklində bir razılaşma imzalamağa yaxın olduqlarını bildirməsindən sonraya təsadüf edir.

Nəşrin bildrdiyinə görə, Cenevrə müqavilənin imzalanması üçün mümkün yer kimi təklif olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar