SON XƏBƏRLƏR

İran televiziyasında qəfil atom partlayışı görüntüsü yayımlandı (Video)

2026.06.12, 21:14
İran televiziyasında qəfil atom partlayışı görüntüsü yayımlandı (Video)

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, iyunun 12-də səhər saat 03:00-da İranın Xəbər kanalında yayımlanan xəbər buraxılışı zamanı atom partlayışını əks etdirən görüntülərin ekrana verilməsi sosial şəbəkələrdə geniş reaksiyaya səbəb olub.

Yayılan videolara əsasən, aparıcı iqtisadi xəbəri təqdim etdiyi vaxt qəfil olaraq naməlum bir şəhər mərkəzi üzərində nüvə partlayışının simulyasiyasını əks etdirən görüntülər efirə verilib.

Qısa müddət davam edən görüntülər sürətlə sosial şəbəkələrdə yayılıb və kanalın haker hücumuna məruz qalması ilə bağlı ehtimallara səbəb olub. Bununla belə, İran dövlət televiziyası bu iddiaları rədd edərək bildirib ki, atom partlayışı görüntülərinin yayımlanması “montaj zamanı baş vermiş səhv” nəticəsində baş verib.

Bu görüntülərin yayımlanması İranın nüvə proqramı ilə bağlı İran və Qərb ölkələri arasında gərginliyin davam etdiyi bir vaxta təsadüf edir. Hadisə həmçinin ABŞ, İsrail və İran arasında yaşanan hərbi qarşıdurmalar fonunda diqqət çəkib.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar