SON XƏBƏRLƏR

Azərbaycanlı müəllimə qarşı yeni ittihamlar irəli sürülüb

2026.06.13, 09:43
Azərbaycanlı müəllimə qarşı yeni ittihamlar irəli sürülüb

Hazırda Krəc şəhərinin həbsxanasında saxlanılan müəllim və ictimai fəal Məsud Fərhihxtəyə qarşı yeni ittihamlar irəli sürülüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onun 22 iyunda Kərəc İnqilab Məhkəməsinin ikinci şöbəsində mühakimə olunması planlaşdırılır.

Müəllimə qarşı hansı yeni ittihamların irli sürüldüyü barədə məlumat verilməyib.

Qeyd edək ki, Albürz əyalətinin İslamşəhr şəhərində yaşayan müəllim və ictimai fəal Məsud Fərhihxtə, ötən ilin avqust ayında 4 il, 1 ay, 17 gün həbs cəzasına məhkum edilib.

O, "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "hökumətə qarşı təbliğat"da günahlandırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar