SON XƏBƏRLƏR

Ynet: İsrail Livandan geri çəkilmə məsələsində ABŞ təzyiqlərinə müqavimət göstərə bilər

2026.06.15, 08:53
Ynet: İsrail Livandan geri çəkilmə məsələsində ABŞ təzyiqlərinə müqavimət göstərə bilər

İsrailin yüksək vəzifəli rəsmiləri bildiriblər ki, Vaşinqton İranla əldə olunacaq razılaşmadan sonra Livandakı hərbi əməliyyatların məhdudlaşdırılmasını və ya İsrail qüvvələrinin geri çəkilməsini tələb edərsə, İsrail ABŞ-ın təzyiqləri ilə qarşıdurmaya getməli ola bilər.

Gunaz.tv

Bu barədə Ynet məlumat yayıb.

“Hazırda baş nazir qəti mövqe nümayiş etdirir və İranın bu cür tələblərinə qarşı çıxmaqda uğur qazanır”, – deyə yüksək vəzifəli rəsmilərdən biri bildirib.

Həmin rəsminin sözlərinə görə, amerikalılar İsrailin bu məsələni “qırmızı xətt” hesab etdiyini anlayırlar.

Məlumata görə, İsrailin Təhlükəsizlik Kabinetində üstünlük təşkil edən mövqe ondan ibarətdir ki, İsrail Livan və məsələsində “qətiyyətli mövqe” tutacaq, hətta bu, Vaşinqtonla fikir ayrılığına səbəb olsa belə.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar