SON XƏBƏRLƏR

Cozef Aun: ABŞ və İran arasındakı razılaşma İsrail və "Hizbullah" arasındakı münaqişəyə son qoyacaq

2026.06.15, 15:02
Cozef Aun: ABŞ və İran arasındakı razılaşma İsrail və "Hizbullah" arasındakı münaqişəyə son qoyacaq

Livan Prezidenti Cozef Aun Vaşinqton və Tehran arasındakı razılaşmanın İsrail və "Hizbullah" arasındakı münaqişəyə birdəfəlik son qoyacağına ümid etdiyini bildirib.

Gunaz.tv

Aun memorandumda "Livanın təhlükəsizliyinin regionda sabitliyin möhkəmləndirilməsi üzrə istənilən səylərin ayrılmaz hissəsi olduğu"nun təsdiqlənməsini yüksək qiymətləndirib.

"Livan xalqı ümid edir ki, bu razılaşmalar zorakılığa qəti son qoyacaq, həmçinin sabitlik, təhlükəsizlik, bərpa və yenidənqurma mərhələsinin başlanğıcını qoyacaq praktiki addımlara çevriləcək", - bəyanatda bildirilib.

Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.

Xatırladaq ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ Prezidenti Donald Trampın İranla əldə etdiyi razılaşmanın İsrail üçün öhdəlik yaratmadığını elan etmişdi.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar