SON XƏBƏRLƏR

İran: Livan ABŞ-la imzalanacaq memorandumun ayrılmaz hissəsidir

2026.06.15, 16:40
İran: Livan ABŞ-la imzalanacaq memorandumun ayrılmaz hissəsidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Livanda müharibənin dayandırılması Tehran ilə Vaşinqton arasında müharibəyə son qoymaq üçün hazırlanmış memorandumun “ayrılmaz hissəsidir”.

Gunaz.tv

“İran və ABŞ arasında hazırlanan memorandumda ‘Livan’ sözü üç dəfə işlədilib. Bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılması, Livanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi tamamilə aydın şəkildə ifadə olunub. Hər hansı razılaşma Livanın ərazi bütövlüyünə və milli suverenliyinə hörməti əhatə etməlidir”, – deyə İsmayıl Bəqayi bazar ertəsi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, memorandumun necə imzalanacağı ilə bağlı yekun qərar bazar ertəsi və çərşənbə axşamı veriləcək.

Bəqayi həmçinin bildirib ki, Cenevrədə keçiriləcək görüşdən əvvəl region və qonşu ölkələrə səfərlər gündəmdədir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar