SON XƏBƏRLƏR

Israel Hayom: ABŞ Qətər-İran arasında Hörmüz razılaşmasını gizli şəkildə təsdiqləyib

2026.06.15, 20:05
Israel Hayom: ABŞ Qətər-İran arasında Hörmüz razılaşmasını gizli şəkildə təsdiqləyib

ABŞ Qətər və İran arasında Qətər tanker və gəmilərinin Hörmüz boğazından sərbəst keçidi müqabilində Tehrana milyardlarla dollar ödəniş edilməsini nəzərdə tutan maliyyə və dəniz razılaşmasını gizli şəkildə təsdiqləyib

Gunaz.tv

Bu barədə Israel Hayom üç diplomat mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın gizli razılığı təxminən bir ay əvvəl verilib və atəşkəsdən sonra Tehranla birbaşa əlaqə kanalı açmağa çalışan Dohanın maraqları ilə üst-üstə düşüb.

Qəzetin yazdığına görə, Qətər müharibə zamanı qaz obyektlərindən birinə hücum edildikdən sonra İranın yeni hücumlarından ehtiyatlanaraq təhlükəsizliyi təmin etmək məqsədilə sakitliyi “satın almağa” çalışıb.

Məlumatda qeyd olunur ki, atəşkəsdən sonra Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı raket və pilotsuz aparat hücumlarına məruz qaldığı halda, Qətər İrana maliyyə dəstəyi göstərib və hücumlardan qorunub.

Razılaşmanın bir hissəsi olaraq İran Qətərdə saxlanılan depozitlərinin bir hissəsinə çıxış tələb edib. Bildirilir ki, bəzi ödənişlər Hörmüz boğazından keçən tankerlər üçün rüsum kimi göstərilib.

Məlumata əsasən, Qətər vasitəsilə mal alışının maliyyələşdirilməsi üçün həcmi 1 milyard dollara qədər olan geniş kredit xətti də açılıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar