SON XƏBƏRLƏR

Demikratiyaların Müdafiəsi Fondu İranın uran ehtiyatlarının zəiflədilməsini deyil, ölkədən çıxarılmasını tövsiyə edir

2026.06.17, 10:08
Demikratiyaların Müdafiəsi Fondu İranın uran ehtiyatlarının zəiflədilməsini deyil, ölkədən çıxarılmasını tövsiyə edir

Demikratiyaların Müdafiəsi Fondunun yayımladıı yeni hesabatda İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ABŞ ilə İran arasında hər hansı uzunmüddətli razılaşmanın əsas məsələlərindən biri olacağı qeyd edilib. Sənəddə uranın İran ərazisində zənginləşdirmə səviyyəsinin aşağı salınmasının ciddi nüvə yayılması riskləri daşıdığı vurğulanır.

Gunaz.tv

Sənədə görə, uranın İran daxilində “seyrəldilməsi” (down blending) geri çevrilə bilən prosesdir və Tehranın sonradan yenidən zənginləşdirilə biləcək materiala çıxışını saxlamasına imkan verər.

Hesabatda qeyd olunur ki, hətta uranın aşağı zənginləşdirmə səviyyəsinə qədər seyrəldilməsi belə İranın qısa müddətdə yüksək zənginləşdirilmiş material əldə etmək potensialını qoruyub saxlayacaq və materialın gizlədilməsi və ya ələ keçirilməsi riskini aradan qaldırmayacaq.

Sənəddə əlavə olunur ki, ən təhlükəsiz variantlar ya materialın dərhal məhv edilməsi, ya da onun nəzarətli şəkildə saxlanılması və məhdud mülki məqsədlər üçün istifadəsi məqsədilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yanacaq bankına, məsələn, Qazaxıstanda yerləşən anbara ixrac edilməsidir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar