SON XƏBƏRLƏR

İran Məhkəmə sistemi Sərdar Əzmunun avtomobilini müsadirə edib

2026.06.17, 10:18
İran Məhkəmə sistemi Sərdar Əzmunun avtomobilini müsadirə edib

İSNA xəbər agentliyi bildirib ki, İran milli futbol komandasının keçmiş üzvü və türkmən əsilli futbolçu Sərdar Azmuna məxsus “Porsche” markalı avtomobil Kirman əyalətində məhkəmə qərarı ilə müsadirə edilərək cərimə meydançasına aparılıb.

Gunaz.tv

Kirman şəhərinin polis rəisi polkovnik Əkbər Nəcəfi deyib:

“Bu avtomobil qanun pozuntuları səbəbilə və çıxarılmış məhkəmə qərarlarının icrası çərçivəsində müsadirə olunan əmlak siyahısında idi və aşkarlanaraq Yegan İmdat bölməsinin patrulları tərəfindən müəyyən edilib. Daha sonra qanuni prosedurlar tamamlandıqdan sonra cərimə meydançasına köçürülüb.”

Hazırda BƏƏ-nin “Şabab Əl-Əhli” klubunda oynayan Sərdar Azmun İran–ABŞ və İsrail müharibəsi dövründə və İranın ərəb ölkələrinə hücumları zamanı Dubay hökmdarı ilə birgə çəkilmiş bir fotosunu paylaşmışdı. Bu paylaşım İranın hökumətə yaxın media qurumları və İran Radio və Televiziya aparıcılarının reaksiyasına səbəb olmuş, daha sonra onun İran milli komandasından uzaqlaşdırıldığı bildirilmişdi.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar