SON XƏBƏRLƏR

İsrail Hizbullah mövqelərinə zərbələr endirib

2026.06.17, 11:22
İsrail Hizbullah mövqelərinə zərbələr endirib

İsrail ordusu Livanın güneyində Hizbullah terror təşkilatının mövqelərinə zərbələr endirib.

Gunaz.tv

Livanın Milli Xəbər Agentliyi (NNA) bildirib ki, İsrail hərbi təyyarələri Nəbatiyyə əl-Fauqa bölgəsindəki və qonşu Kfar Tebnit şəhərinin şərq ətraflarındakı mövqeləri hədəf alan hava zərbələri həyata keçirib.

NNA-nın məlumatına görə, İsrail həmçinin Zəhrani bölgəsində yerləşən Ən-Sariyye şəhərindəki mövqelərə dron hücumu da təşkil edib.

Xatırladaq ki, İranın dəstəklədiyi silahlı qrup Hizbullah martın əvvəlində ABŞ–İsrail zərbələri nəticəsində İranın ali liderinin öldürülməsinə cavab olaraq İsrailə raket atmaqla Livanı Yaxın Şərq müharibəsinə cəlb etmişdi.

İsrail isə buna genişmiqyaslı hava zərbələri kampaniyası və quru əməliyyatı ilə cavab verib.

 

C

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar