SON XƏBƏRLƏR

İranda yaşayan istifadəçilərin 68 faizi İnstaqramdan yoxa çıxıb

2026.06.17, 19:16
İranda yaşayan istifadəçilərin 68 faizi İnstaqramdan yoxa çıxıb

Statistik göstəricilər İranda internet məhdudiyyətləri və problemlərinin davam etdiyini göstərir.

Gunaz.tv

İnternetin İranda hələ də normal vəziyyətə qayıtmadığı bildirilir. Son məhdudiyyətlərdən sonra İnstaqramın aktiv istifadəçilərinin təxminən üçdə ikisi əvvəlki kimi fəaliyyət göstərmir, paylaşımların, bəyənmələrin və istifadəçi aktivliyinin həcmi isə kəskin azalıb.

Gunaz TV-nin məlumatına görə, aparılan məlumat təhlili hökumətin internetin normallaşdığı ilə bağlı iddialarına baxmayaraq, İranda yaşayan istifadəçilərin İnstaqramdakı fəaliyyətinin hələ də ciddi şəkildə azaldığını göstərir.

Hesabata əsasən, İnstaqramın aktiv istifadəçilərinin sayı internet kəsintilərindən əvvəlki dövrlə müqayisədə təxminən 68 faiz azalıb və 1,3 milyon nəfərdən təxminən 428 min nəfərə düşüb.

Bununla yanaşı, paylaşım sayı 62 faizdən çox, bəyənmə sayı isə 77 faizdən artıq azalıb.

Hesabatda bildirilir ki, bu kəskin azalma internet məhdudiyyətlərinin və filtrləri aşmaq üçün istifadə olunan vasitələrə çıxış problemlərinin hələ də davam etdiyini göstərir. Nəticədə bir çox istifadəçi əvvəlki kimi İnstaqramda fəal deyil.

Araşdırma həmçinin göstərir ki, internetin qismən bərpasından sonra İnstaqram fəaliyyətinin böyük hissəsi bizneslərə və onlayn mağazalara məxsus olub, adi istifadəçilərin payı isə azalıb.

Hesabatın nəticəsinə görə, məzmun istehsalı və istifadəçi aktivliyi ilə bağlı göstəricilər hökumətin internetin normal işlədiyi barədə açıqlamaları ilə uyğunluq təşkil etmir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar