SON XƏBƏRLƏR

SEPAH-a bağlı media orqanı Hörmüz boğazının bağlanmasına və ABŞ-la memorandumun icrasının dayandırılmasına çağırıb

2026.06.19, 18:46
SEPAH-a bağlı media orqanı Hörmüz boğazının bağlanmasına və ABŞ-la memorandumun icrasının dayandırılmasına çağırıb

SEPAH-a bağlı “Tasnim” xəbər agentliyi Livanın güneyinə İsrail hücumlarının davam etməsini əsas gətirərək İran hakimiyyətini Hörmüz boğazını bağlamağa və ABŞ-la əldə olunan memorandumun icrasını dayandırmağa çağırıb.

Gunaz.tv

“Tasnim” yazıb ki, “Hörmüz boğazının açıq qaldığı hər dəqiqə böyük itkidir” və əlavə edib ki, əgər ABŞ enerji təzyiqini öz üzərindən götürməyə nail olsa, “daha da cəsarətlənəcək və aqressivləşəcək”.

Agentlik rəsmilərə birbaşa müraciət edərək bildirib: “Boğazı bağlayın və Amerikanı elə ilk addımdaca cilovlayın”.

“Rəsmilər memorandumun icrasını dərhal dayandırmalı və Hörmüz boğazını bağlamamalıdırmı?” – deyə “Tasnim” yazıb. “Amerika və İsrailə qarşı güclü cavab verilməlidir ki, onların hesablamaları İslam Respublikası və müqavimət qüvvələri əleyhinə daha da dəyişməsin”

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar