SON XƏBƏRLƏR

ABŞ-ın keçmiş İran nümayəndəsi: İran razılaşmasının ən təhlükəli nöqtəsi Livandır

2026.06.20, 10:19
ABŞ-ın keçmiş İran nümayəndəsi: İran razılaşmasının ən təhlükəli nöqtəsi Livandır

ABŞ-ın İran üzrə keçmiş xüsusi nümayəndəsi Rob Malley bildirib ki, ABŞ-İran memorandumu “qeyri-müəyyənliklə doludur” və ən təhlükəli fikir ayrılığı Livan ətrafında formalaşıb.

Gunaz.tv

Onun sözlərinə görə, İsrail və Tehran razılaşmanı tamamilə fərqli şəkildə şərh edirlər.

PBS NewsHour-a müsahibəsində Melli deyib ki, İsrail hərbi fəaliyyət azadlığını qorumaq və Livanın cənubundan geri çəkilməmək niyyətindədir, halbuki İran razılaşmanın hərtərəfli atəşkəs, Livanın suverenliyinə hörmət və İsrail qüvvələrinin ərazidən çıxmasını nəzərdə tutduğunu hesab edir.

“ABŞ təkrar-təkrar razılaşmanı xilas etməyə çalışmaqdan başqa nə istədiyini bilmir,” – deyən Melli Livanı “hazırda razılaşmanın ən həssas hissəsi” adlandırıb.

Melli əlavə edib ki, Ərəb körfəzi ölkələri memorandumun özündən daha çox müharibənin başa çatmasından rahatlıq duyurlar.

“Onlar bu razılaşmanın 60 gün ərzində nəzərdə tutulan daha geniş sazişə gətirib çıxaracağına çox şübhə ilə yanaşırlar,” – o deyib.

Melli hesab edir ki, Vaşinqton və Tehran üçün 60 gün ərzində bütün nüvə və sanksiya məsələlərini həll etmək “demək olar ki, mümkünsüzdür”.

O xəbərdarlıq edib ki, danışıqların uğursuzluğa düçar olması yeni müharibəyə və Hörmüz boğazının yenidən bağlanmasına səbəb ola bilər.

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar