SON XƏBƏRLƏR

Mövləvi Əbdülhəmid edamların və etirazçıların əmlaklarının müsadirəsinin dayandırılmasına çağırıb

2026.06.20, 10:50
Mövləvi Əbdülhəmid edamların və etirazçıların əmlaklarının müsadirəsinin dayandırılmasına çağırıb

Zahedanın sünni imam-cüməsi Mövləvi Əbdülhəmid iyunun 19-da keçirilən cümə namazında İranda edamların artmasını tənqid edərək, İslam Respublikası rəsmilərini edam hökmlərinin icrasını, eləcə də etirazçıların əmlaklarının müsadirə olunmasını dayandırmağa çağırıb.

Gunaz.tv

O bildirib ki, məhbusların dediyinə görə, çox sayda insan edam hökmünün icrasını gözləyir. Əlavə edib ki, “İran xalqının əksəriyyəti” son edamların siyasi xarakter daşıdığı qənaətindədir, hətta onlar narkotik cinayətləri kimi ittihamlarla həyata keçirilsə belə.

Mövləvi Əbdülhəmid daha sonra “korrupsiyalaşmış, bacarıqsız və radikal” rəhbərlərin kənarlaşdırılmasını, onların yerinə isə “bacarıqlı və vicdanlı” şəxslərin təyin olunmasını istəyib.

O həmçinin vurğulayıb ki, etnik qruplar və məzhəblər arasında ədalətin təmin edilməsi, qadınların hüquqlarına riayət olunması, vətəndaş azadlıqlarının təmin edilməsi və daxili və xarici siyasətin xalqın maraqları istiqamətində islah olunması “abad və yaxşı İran” qurmaq üçün zəruridir.

 

Ş.A

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar