SON XƏBƏRLƏR

İlamda etiraz aksiyalarına görə 17 nəfər həbs edildi

2026.06.20, 15:00
İlamda etiraz aksiyalarına görə 17 nəfər həbs edildi

İranın İlam əyalətində yanvar ayında keçirilən etiraz aksiyalarına görə daha 17 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Saxlanılanların "təxribat şəbəkəsi" ilə əlaqəli olduqları və onlardan üçünün hadisələrin təşkilatçısı olduqları bildirilib.

Onların etiraz aksiyaları zamanı zamanı ictimai əmlakı dağıtmaq, yanğınlar törətmək və atışma kimi əməllərdə iştirak etdikləri iddia edilib.

Kəşfiyyat Nazirliyi həmçinin əməliyyat zamanı üç TNT bağlaması, bir Kalaşnikov avtomatı və bir sıra soyuq silahların aşkarlandığını qeyd edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar