SON XƏBƏRLƏR

Tehranda 30 idarənin elektrik enerjisi kəsildi

2026.06.20, 15:53
Tehranda 30 idarənin elektrik enerjisi kəsildi

İranın paytaxtı Tehran şəhərində 30 idarəyə elektrik enerjisinin verlişi dayandırılıb.

Gunaz.tv

Bu haqda Tehran Əyalətinin Elektrik Paylama Şirkəti məlumat yayıb.

Həmin idarələrin elektrik enerjisindən istifadədə israfçılğa yol verdikləri bildirilib.

Enerji çatışmazlığı səbəbindən dövlət idarələri və müəssisələri iş saatları ərzində istehlakı baza modelinin 70 faizinə, iş saatlarından sonra isə 30 faizinə endirməlidirlər.

Bundan əvvəl Böyük Tehran Elektrik Paylama Şirkəti mayın 22-dən bəri paytaxtda 3000-dən çox yüksək istehlaklı ev və kommersiya istehlakçısının elektrik enerjisinin kəsildiyini açıqlamışdı.

Qeyd edək ki, bu il İranda təxminən 12.000 meqavat elektrik enerjisi çatışmazlığı olacağı proqnozlaşdırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar