SON XƏBƏRLƏR

İsrail naziri: ABŞ istəsə də, Livandan çıxmayacağıq

2026.06.21, 10:00
İsrail naziri: ABŞ istəsə də, Livandan çıxmayacağıq

İsrail Cənubi Livandakı hərbi mövqelərini qoruyacağını bildirir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin maliyyə naziri və Benyamin Netanyahunun kabinet üzvü Betsalel Smotriç bildirib ki, İsrail ordusu uzun illər Cənubi Livanda qalacaq və ABŞ-ın açıq tələbi olsa belə, geri çəkilməyəcək.

Smotriç “Makor Rişon” qəzetinə müsahibəsində deyib ki, Hizbullah tərksilah olunana qədər İsrail təhlükəsizlik zonasından “bir millimetr belə” geri çəkilməyəcək.

Bu açıqlamalar ABŞ və İran nümayəndə heyətlərinin İsveçrədə Livandakı böhranı əsas müzakirə mövzularından biri kimi gündəmə gətirdiyi vaxt səsləndirilib.

Məlumatlara görə, son 48 saat ərzində Livanın cənubunda toqquşmalar yenidən şiddətlənib. İsrail və Hizbullah qarşılıqlı olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edir.

İsrail ordusu Hizbullahın mövqelərinə zərbələr endirdiyini açıqlayıb. Livan mənbələri isə hücumlar nəticəsində azı 20 nəfərin öldüyünü bildirir.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar