SON XƏBƏRLƏR

Krımda benzin satışı tamamilə dayandırıldı

2026.06.21, 17:38
Krımda benzin satışı tamamilə dayandırıldı

Yarımadada yanacaq satışı iyunun 21-dən etibarən dayandırılır.

Gunaz.tv

Gunaz.tv xəbər verir ki, Krımın bütün yanacaqdoldurma məntəqələrində benzin satışı tamamilə dayandırılıb.

Bu barədə Krım rəhbəri Sergey Aksyonov məlumat verib.

Onun sözlərinə görə, iyunun 21-dən etibarən yarımada ərazisində həm sərbəst benzin satışı, həm də kupon sistemi ilə həyata keçirilən yanacaq satışı dayandırılacaq.

Məlumata görə, Ukrayna ordusunun hücumları nəticəsində Sevastopolda yanacaq çatışmazlığı yaranıb. Buna görə də son dövrlərdə benzin əhaliyə məhdudiyyətlə və normalaşdırılmış şəkildə təqdim edilirdi.

Rəsmilər hələlik yanacaq satışının nə vaxt bərpa olunacağı ilə bağlı əlavə məlumat verməyiblər.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar