SON XƏBƏRLƏR

Tramp: İran ərzaq, dərman və ağır inflyasiya böhranı yaşayır

2026.06.23, 21:55
Tramp: İran ərzaq, dərman və ağır inflyasiya böhranı yaşayır

Tramp İranın iqtisadi böhranından danışdı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hazırda danışıqlar aparmaq üçün əlverişli vəziyyətdə deyil və ərzaq, dərman çatışmazlığı, eləcə də qiymət artımları da daxil olmaqla çoxsaylı problemlərlə üz-üzədir.

Tramp deyib: “İran hazırda çoxlu problemlərlə qarşı-qarşıyadır” və iddia edib ki, ölkədə inflyasiya səviyyəsi “300 faizə” çatıb.

O həmçinin əlavə edib: “İrandan çıxacaq pullar Amerika fermerlərinə veriləcək ki, onlar İranın ehtiyac duyduğu qarğıdalı, soya və buğdanı təmin etsinlər”.

ABŞ Prezidenti bu açıqlamaların necə həyata keçiriləcəyi və proqramın detalları barədə əlavə məlumat verməyib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar