SON XƏBƏRLƏR

İranda pivə və arağın qiyməti kəskin artıb

2026.06.25, 16:26
İranda pivə və arağın qiyməti kəskin artıb

Müharibədən əvvəl 250 min tümənə (1.4 dollar) aldığımız pivə indi 1,800,000 tümənə satılır.

Gunaz.tv

Bu barədə iranlı istifadəçilər sosial media şəbəkəsində məlumat yayıblar.

"Bununla yanaşı müharibədən əvvəl ucuz qiymətə aldığımız araqların da qiyməti kəskin bahalaşdığına görə, indi evlərdə qeyri-standart şəkildə istehsal olunan açıq arağın 1 litrini 1,500,000 tümənə almaq məcburiyyətindəyik",- məlumatlarda bildirilib.

Qeyd edək ki, Beynəlxalq Səhiyyə Təşkilatının hesabatına əsasən, spirtli içkilərdən davamlı istifadə edənlərin sayına görə İran dünyada 9-cu yerdə dayanır.

Rəsmi məlumata görə, 2025-ci ilin aprel, may, iyun, iyul və avqust ayları ərzində ölkədə zəhərlənmələr nəticəsində baş verən ölümlərin 5%-i saxta spirtli içkilərdən istifadə ilə bağlı olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar