SON XƏBƏRLƏR

İsrail Livandan çıxmaq üçün şərt qoydu

2026.06.25, 22:30
İsrail Livandan çıxmaq üçün şərt qoydu

Hizbullah tərksilah olunmasa, İsrail geri çəkilməyəcək.

Gunaz.tv

Günaz TV xəbər verir ki, İsrail hökuməti Hizbullah tərksilah edilməyənə və ölkənin təhlükəsizliyi üçün təhdid sayılana qədər İsrail qüvvələrinin Livanın cənubundan çıxmayacağını açıqlayıb.

İsrail: Hizbullah tərksilah olunmayana qədər Livandan çıxmayacağıq.

İsrail Livanın cənubundan qüvvələrinin çıxmasını Hizbullahın tərksilah edilməsi şərtinə bağlayıb.

İsrail hökumətinin sözçüsü Devid Menser bildirib ki, İsrail qüvvələrinin hər hansı geri çəkilməsi yalnız Livanın cənubunun qeyri-hərbiləşdirilməsindən və Hizbullahın silahsızlaşdırılmasından sonra həyata keçiriləcək.

O vurğulayıb ki, İsrail heç bir silahlı qruplaşmanın ölkə sərhədləri yaxınlığında fəaliyyət göstərməsinə icazə verməyəcək və vətəndaşlarının təhlükəsizliyini prioritet hesab edir.

Bu açıqlamalar Livan və İsrail arasında ABŞ vasitəçiliyi ilə danışıqların davam etdiyi bir vaxtda verilib. ABŞ dövlət katibi Marko Rubio iki tərəfin ilkin razılaşmaya yaxınlaşdığını bildirib.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar