SON XƏBƏRLƏR

Qalibafa qarşı bəyanat imzalandı 

2026.06.26, 13:36
Qalibafa qarşı bəyanat imzalandı 

Parlamentin tətil edilməsi və əyani iclaslarının keçirilməməsinə görə cavabdehlik daşıyan parlament sədri Məhəmməd Baqir Qalibafa qarşı yazılan bəyanata 40 millət vəkili qol çəkib.

Gunaz.tv

Bunu İran parlamentinin üzvü Kamran Qəzənfəri deyib.

O, imza kampaniyasının davam etdiyini və daha çox millət vəkllərinin bəyanatı imzalayacaqlarını bildirib.

Qalibafın parlamenti tətil etməsinin qanunsuz olduğunu iddia edən Qəzənfəri, bəyanatı imzalayan millət vəkillərinin yaxın günlərdə parlament qarşısında oturaq aksiya keçirəcəklərini söyləyib.

Bu, cari həftədə sərt xətt tərəfdarı olan millət vəkillərinin parlament rəhbərliyinə qarşı ikinci bəyanatıdır. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar