SON XƏBƏRLƏR

Yaponiya İrana 10 milyon dollar humanitar yardım ayırdı

2026.06.26, 15:49
Yaponiya İrana 10 milyon dollar humanitar yardım ayırdı

Yaponiya hökuməti İranda pisləşən humanitar vəziyyəti aradan qaldırmaq üçün bu ölkəyə 10 milyon dollar təcili humanitar yardım ayırıb.

Gunaz.tv

Bu haqda Yaponiya Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu yardımın səhiyyə, tibbi xidmətlər və qida təhlükəsizliyi sahələrində əsas ehtiyacları ödəmək məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və digər yardım təşkilatları da daxil olmaqla beynəlxalq təşkilatlar vasitəsilə çatdırılacağını bildirib.

Bu məbləğin 4 milyon dolları qeyri-ərzaq məhsulları, su və səhiyyə xidmətləri təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına ödəniləcək.

İranda humanitar proqramların həyata keçirilməsi üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına 2,5 milyon dollar, Ümumdünya Ərzaq Proqramına 2 milyon dollar və Beynəlxalq Qızıl Xaç Komitəsinə isə 1,5 milyon dollar veriləcək.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar