SON XƏBƏRLƏR

Vaşinqton Beyrut və Təl-Əviv arasında sülhə vasitəçi oldu

2026.06.26, 20:36
Vaşinqton Beyrut və Təl-Əviv arasında sülhə vasitəçi oldu

ABŞ-ın vasitəçiliyi ilə yeni çərçivə razılaşması imzalandı.

Gunaz.tv

Günaz TV xəbər verir ki, Livan, İsrail və ABŞ İsrail ilə Livan arasında sülh razılaşmasına zəmin yaratmaq məqsədilə üçtərəfli çərçivə sazişi imzalayıb.

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda keçirilən imza mərasimində deyib: “Sevinirik ki, Livanın müstəqil hökuməti ilə İsrail hökuməti arasında ABŞ-ın vasitəçiliyi və dəstəyi ilə bir çərçivə razılaşmasına nail olunduğunu elan edirik.”

Rubio əlavə edib: “Bu razılaşma davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün çərçivənin formalaşmasının başlanğıcıdır.”

Razılaşma ABŞ vasitəçiliyi ilə İsrail və Livan nümayəndələri arasında həftələrlə davam edən danışıqlardan sonra əldə olunub.

Bu arada İsrail İran və ABŞ arasında qarşıdurmanın başa çatması ilə bağlı anlaşmadan sonra ötən həftə Livandakı Hizbullah qruplaşması ilə də atəşkəsə gedib.

Bununla belə, İsrail ordusu Livanın cənubunda hücumlarını davam etdirib və cümə günü Livan ərazisində yerləşən yaşayış bölgələrindən birinin sakinlərinə həmin ərazini tərk etmələri barədə çağırış edib.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar