SON XƏBƏRLƏR

Tramp: İran artıq mövcud olmaya bilər

2026.06.28, 07:00
Tramp: İran artıq mövcud olmaya bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran addımlarını davam etdirərsə, Vaşinqton hərbi əməliyyatları tam şəkildə başa çatdırmağa məcbur qala bilər.

Gunaz.tv

Tramp “Truth Social” sosial şəbəkəsində yazıb: “ABŞ təyyarələri atəşkəs razılaşmasını yenidən pozduğuna görə İranın raket və dron saxlama məntəqələrini, həmçinin sahil radar obyektlərini yenicə hava zərbələri ilə hədəfə alıb!”

“Tamamilə mümkündür ki, onlar heç vaxt dərs almasınlar!”

“Elə bir vaxt gələ bilər ki, artıq biz təmkinli davrana bilməyəcəyik və çox uğurla başladığımız işi hərbi yolla tamamlamaq məcburiyyətində qalacağıq.”

“Əgər belə bir hadisə baş verərsə, İran İslam Respublikası artıq mövcud olmayacaq!”

Tramp vurğulayıb ki, İran atəşkəs razılaşmasını pozub.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar