SON XƏBƏRLƏR

İran rəsmisi: Bu həftə texniki işçi qruplarının görüşü planlaşdırılmayıb

2026.06.29, 14:27
İran rəsmisi: Bu həftə texniki işçi qruplarının görüşü planlaşdırılmayıb

İranın xarici işlər nazirinin müavini bazar ertəsi bildirib ki, ABŞ-la imzalanmış anlaşma memorandumu çərçivəsində bu həftə texniki işçi qruplarının heç bir görüşü planlaşdırılmayıb.

Gunaz.tv

Kazım Qəribabadi deyib ki, Qətərlə məsləhətləşmələr davam edir, lakin bəzi KİV-lərdə yer alan Dohada texniki danışıqların keçiriləcəyi barədə yayılan məlumatları təsdiqləməyib.

O bildirib ki, texniki danışıqların ilk raundu yalnız lazımi şərait yarandıqdan, tarix və məkan razılaşdırıldıqdan sonra keçiriləcək. Onun sözlərinə görə, vasitəçilər vasitəsilə məsləhətləşmələr davam etdirilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar