SON XƏBƏRLƏR

Hizbullahın mali şəbəkəsinə yeni sanksiyalar

2026.06.30, 20:32
Hizbullahın mali şəbəkəsinə yeni sanksiyalar

Ərəb körfəzi ölkələri və ABŞ Hizbullahla bağlı 16 şəxs və 5 qurumu sanksiyaya saldı.

Gunaz.tv

GunAz TV-nin məlumatına görə, “Terrorizmin Maliyyələşməsinə Qarşı Hədəfləmə Mərkəzi”nin üzvləri ABŞ-ın koordinasiyası ilə Livan Hizbullahı ilə əlaqəli 16 şəxs və 5 qurumu sanksiyalar siyahısına əlavə edib.

Bu addım Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ tərəfindən həyata keçirilib.

Sanksiya tətbiq edilən qurumlar arasında Hizbullahın qeyri-rəsmi maliyyə strukturları kimi göstərilən “Əl-Qərz əl-Həsən” və “Beytül-mal” da yer alır. Həmçinin bu qruplaşmanın bir neçə yüksək səviyyəli maliyyə rəsmisi də sanksiya siyahısına daxil edilib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, bu sanksiyalar Hizbullahın beynəlxalq maliyyə sistemindən istifadəsinin qarşısını almaq və qruplaşmanın maliyyə mənbələrini məhdudlaşdırmaq məqsədi daşıyır.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar