SON XƏBƏRLƏR

İran FATF-nin qara siyahısında qaldı

2026.07.01, 10:26
İran FATF-nin qara siyahısında qaldı

İran növbəti dəfə Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupunun (FATF) qara siyahısında qalıb.

Gunaz.tv

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

"İran növbəti dəfə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə beynəlxalq standart müəyyən edən orqan olan Maliyyə Fəaliyyətləri üzrə İşçi Qrupunun (FATF) qara siyahısında qalıb",- ABŞ Maliyyə Nazirliyi Parisdə keçirilən iclasından sonra elan edib.

Həmin iclasda FATF İraq və Bosniya və Herseqovinanı boz siyahıya əlavə edib, Namibiya və Əlcəzairi isə siyahıdan çıxarıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar