SON XƏBƏRLƏR

Qəribabadi: Dohada İran və ABŞ nümayəndə heyətləri arasında heç bir görüş keçirilməyib

2026.07.01, 20:52
Qəribabadi: Dohada İran və ABŞ nümayəndə heyətləri arasında heç bir görüş keçirilməyib

Dohada İran və ABŞ nümayəndə heyətləri arasında heç bir görüş keçirilməyib, görüşlər yalnız Qətər və Pakistan nümayəndə heyətləri ilə üçtərəfli formatda keçirilib

Gunaz.tv

İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini, İranın ekspert heyətinin rəhbəri Kazım Qəribabadi Dohada keçirilən danışıqlarla bağlı jurnalistlərə açıqlama verib.

Qəribabadi bildirib ki, İran nümayəndə heyətinin Dohadakı görüşləri yalnız Qətər və Pakistan nümayəndə heyətləri ilə birgə üçtərəfli formatda keçirilib və müzakirələr İslamabad memorandumunun, xüsusilə də Livan və İranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı müddəalarının icrasının izlənilməsinə həsr olunub.

Onun sözlərinə görə, bugünkü danışıqlar da memorandumun müddəalarının icrasının təqibinə yönəlib.

Qəribabadi yekun saziş üzrə danışıqların başlanmasına münasibət bildirərək qeyd edib ki, memorandumun icrasını izləyəcək və yekun saziş üzrə danışıqları aparacaq işçi qrupları formalaşdırılıb, lakin bu formatlarda hələ heç bir danışıq başlamayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar