SON XƏBƏRLƏR

Hörmüz boğazı hələ də müharibə bölgəsidir

2026.07.01, 23:55
Hörmüz boğazı hələ də müharibə bölgəsidir

Atəşkəs var, amma Hörmüzdə təhlükə davam edir. Gəmiçilik ittifaqları: Hörmüz boğazı 9 iyula qədər müharibə bölgəsidir.

Gunaz.tv

GunAz TV-nin məlumatına görə, gəmiçilik sənayesinin həmkarlar ittifaqları və işəgötürən təşkilatları bildiriblər ki, Hörmüz boğazı ən azı 9 iyula qədər “müharibə əməliyyatları bölgəsi” kimi qiymətləndiriləcək.

Bu qərar İran və ABŞ arasında atəşkəsə baxmayaraq, bölgədə fəaliyyət göstərən dənizçilərə ikiqat maaş ödənilməsinin davam etməsi deməkdir.

Bu vəziyyət yalnız sahibləri Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) əmək razılaşmalarına qoşulan gəmilərə şamil olunur. Bu razılaşmaların dünya üzrə təxminən 15 min gəmini əhatə etdiyi bildirilir.

Bu razılaşmalara əsasən, Hörmüz boğazında və ətraf sularda çalışan dənizçilər ikiqat əməkhaqqı almaq hüququna malikdirlər. Həmçinin onlar bu bölgəyə getməkdən imtina edə və şirkətin hesabına öz ölkələrinə qayıtmağı tələb edə bilərlər.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası və dənizçilik işəgötürənlərinin nümayəndələri bildiriblər: “Bu qərar insan həyatı üçün davam edən və ciddi təhlükəni, həmçinin bölgədə sürətlə dəyişən vəziyyəti nəzərə alır.”

Müharibə bölgəsi statusunun uzadılması İran və ABŞ arasındakı razılaşmadan sonra iki gəminin də hücuma məruz qaldığı bir vaxtda həyata keçirilib.

Hörmüz boğazı ilk dəfə martın 5-də, bu su yolundan keçən gəmilərə qarşı ilk hücumlardan sonra müharibə əməliyyatları bölgəsi elan edilmişdi. 40 günlük müharibə və atəşkəs dövründə ən azı 14 dənizçi həlak olub, 40-dan çox gəmi hücumlara məruz qalıb.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar