SON XƏBƏRLƏR

İsrail "Hizbullah"ın 10 obyektinə hücum edib

2026.07.03, 18:00
İsrail "Hizbullah"ın 10 obyektinə hücum edib

İsrail Livanın güneyində "Hizbullah" terror təşkilatının 10-a yaxın obyektinə hücum edib.

Gunaz.tv

Bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib.

""Hizbullah" tərəfindən razılaşmanın davamlı olaraq pozulmasına və təhlükəsizlik zonasında İsrail ordusunun əsgərlərinə hücumlara cavab olaraq, dünən (iyulun 2-si) İsrail Müdafiə Ordusu Livanın cənubundakı Bint-Cübeyl, Beyt-Yəhun, Kunin və Braaçit rayonlarında "Hizbullah"ın 10-a yaxın infrastruktur obyektinə dəqiq zərbələr endirib", - məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, hücuma məruz qalan infrastruktur obyektlərindən "Hizbullah" tərəfindən təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail ordusunun əsgərlərinə qarşı zərbələr endirmək üçün istifadə olunub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar