SON XƏBƏRLƏR

İran yenidən Yaponiya bazarına qayıdır?

2026.07.03, 18:36
İran yenidən Yaponiya bazarına qayıdır?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Reuters agentliyi İran və Qərb mənbələrinə istinadən xəbər verib ki, İran Yaponiya şirkətlərinə neft satışını bərpa etmək üçün danışıqlara başlayıb.

Məlumata görə, Yaponiya şirkətləri İran neftini almaq üçün ABŞ sanksiyalarından uzunmüddətli azadolma və Ərəb körfəzində gəmiçiliyin təhlükəsizliyinə təminat verilməsini istəyirlər.

Tehran və Vaşinqton arasında əldə olunan son razılaşmadan sonra ABŞ İranın neft satışına 60 günlük müvəqqəti icazə verib. Bundan əvvəl isə ABŞ sanksiyaları səbəbindən Yaponiya, Cənubi Koreya və Hindistan İran neftinin idxalını dayandırmışdı.

ABŞ Maliyyə Nazirliyinin hazırkı sanksiya güzəşti avqust ayının sonunadək qüvvədədir. Güzəştin uzadılıb-uzadılmayacağı ilə bağlı isə hələlik rəsmi qərar açıqlanmayıb.

 


Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar