SON XƏBƏRLƏR

Tramp: Hamısını öldürə bilərik, amma bunu etmirik

2026.07.04, 23:57
Tramp: Hamısını öldürə bilərik, amma bunu etmirik

Tramp: Bir atəşlə bütün İran rəsmilərini öldürə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp şənbə günü Axios saytına verdiyi müsahibədə bildirib ki, Birləşmiş Ştatlar Əli Xameneinin dəfn mərasimində iştirak edən bütün İran rəsmilərini məhv etmək imkanına malikdir, lakin bunu etməyəcək.

Tramp telefon müsahibəsində deyib: “Hamısı oradadır. Bir atəşlə [hamısını məhv edə bilərik], amma bunu etmirik. Çünki o zaman danışıq aparacaq heç kim qalmayacaq.”

İran rəsmilərinin “razılaşmanın əldə olunması üçün yalvardığını” deyən Tramp bildirib ki, tərəflər Əli Xameneinin dəfn mərasimi və bununla bağlı tədbirlər başa çatanadək danışıqları bir həftə müddətinə dayandırmaq barədə qərar veriblər.

O əlavə edib: “Bu müddət ərzində tərəflərdən heç biri digərinə atəş açmayacaq.”

ABŞ Prezidenti həmçinin xatırladıb ki, Amerikanın müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən mərasimdə etdiyi çıxışında İranın öldürülmüş liderinin dəfn mərasiminə görə Tehrana “bir həftə” vaxt verdiyini açıqlamışdı.

Axios Trampa istinadən yazıb ki, o, Əli Xameneinin dəfn mərasimində bəzi insanların ağladığını görəndə təəccüblənib. Çünki onun fikrincə, İran xalqı Xameneiyə nifrət edirdi.

Tramp sonda deyib: “Bəlkə də onların göz yaşları saxtadır.”

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar