SON XƏBƏRLƏR

Qırmızı dənizdə yük gəmisinə hücum edilib

2026.07.06, 06:14
Qırmızı dənizdə yük gəmisinə hücum edilib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı Yəmənin Hudeydə limanı yaxınlığında bir yük gəmisinin hücuma məruz qaldığını açıqlayıb.

Qurumun X sosial şəbəkəsində yaydığı məlumata görə, yük gəmisi Hudeydə limanından təxminən 30 dəniz mili cənub-qərbdə hücuma məruz qalıb.

Məlumatda gəminin hansı ölkənin bayrağı altında üzməsi, eləcə də hansı şirkətə məxsus olması barədə hər hansı məlumat verilməyib.

Yük gəmisi göndərdiyi təcili yardım siqnalında “naməlum silahlı hücumçular” tərəfindən hücuma məruz qaldığını bildirib.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı hadisə ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.

 

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar