SON XƏBƏRLƏR

İngiltərə-Meksika qarşılaşmasını idarə edən hakimin İranda əmlakı müsadirə olunub

2026.07.06, 09:22
İngiltərə-Meksika qarşılaşmasını idarə edən hakimin İranda əmlakı müsadirə olunub

Futbol üzrə dünya çempionatı çərçivəsində baş tutan İngiltərə-Meksika qarşılaşmasını idarə edən hakim Əlirza Fəğaninin bir neçə ay öncə İranda əmlakı müsadirə olunub.

Gunaz.tv

Dünyanın tanınmış futbol hakimlərindən biri olan Fəğani 2019-cu ildə Avstraliyaya köçüb və 2023-cü ildən beynəlxalq arenada Avstraliyanı təmsil edir.

O, ötən il Klublararası Dünya Çempionatının final oyununu idarə etdikdən və mükafatlandırma mərasimində Donald Trampla əl sıxdıqdan sonra İranda geniş müzakirələrə səbəb olmuşdu.

SEPAH-a bağlı Fars Xəbər Agentliyi bundan sonra onu tənqid edib. Fəğani isə turnirdən fotolar paylaşaraq “bir daha futbol tarixinin bir hissəsi olmaq fürsətinə görə minnətdar olduğunu” bildirib.

Daha sonra İran məhkəmə sisteminə yaxın media orqanları onun İrandakı əmlakının müsadirə edildiyini xəbər veriblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar