SON XƏBƏRLƏR

Milli fəal həbs cəzasını çəkmək üçün çağırıldı

2026.07.06, 14:33
Milli fəal həbs cəzasını çəkmək üçün çağırıldı

Təbrizdə yaşayan milli fəal Kərim İsmayılzadə 1 illik həbs cəzasını çəkmək üçün çağırılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Məhkəmə Hökmlərinin İcrası Bölməsi bununla bağlı fəala çağırış məktubu göndərib.

Şərqi Azərbaycan əyaləti Apelyasiya Məhkəməsinin 31-ci şöbəsi İsmayılzadəni "ictimai rəyi təhrik etmək" ittihamına görə həbs cəzasına məhkum edib.

O, bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar