SON XƏBƏRLƏR

ABŞ İrana zərbələri Hörmüz boğazında gəmilərə hücumlara cavab olaraq endirdiyini açıqlayıb

2026.07.08, 05:40
ABŞ  İrana zərbələri Hörmüz boğazında gəmilərə hücumlara cavab olaraq endirdiyini açıqlayıb

Hörmüz boğazından keçən üç kommersiya gəmisinə edilən hücumlara cavab olaraq ABŞ qüvvələri İrana qarşı bir sıra zərbələr endirməyə başlayıb.

Gunaz.tv

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gecəsi bildirib.

CENTCOM açıqlamasında qeyd edib ki, zərbələrin məqsədi beynəlxalq su yolunda mülki heyət tərəfindən idarə olunan kommersiya gəmilərinin hədəfə alınmasına görə İrana "ağır bədəl ödətmək"dir.

ABŞ ordusu X sosial şəbəkəsində paylaşdığı bəyanatda bildirib:

"İranın nümayiş etdirdiyi təcavüz əsassız, təhlükəli idi və atəşkəsin açıq şəkildə pozulması deməkdir."

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar