SON XƏBƏRLƏR

Tramp İranın bombalanmasını əks etdirən video paylaşdı (Video)

2026.07.08, 08:15
Tramp İranın bombalanmasını əks etdirən video paylaşdı (Video)

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bir neçə dəqiqə əvvəl heç bir izahat vermədən Truth Social sosial şəbəkəsində İranda baş verdiyi görünən partlayışları əks etdirən qısa video paylaşıb.

Videonun harada və nə vaxt çəkildiyi məlum deyil. Donald Tramp da paylaşımın məzmunu ilə bağlı heç bir açıqlama verməyib.

Bununla belə, videoda eşidilən səslər və görüntülərdə görünən bəzi detallar partlayışların İran ərazisində baş verdiyini göstərir. Lakin bu məlumat indiyədək müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bu xəbər hazırlanarkən Ağ Ev və digər ABŞ rəsmiləri də videonun paylaşılması ilə bağlı hər hansı açıqlama verməyiblər.

 


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar