SON XƏBƏRLƏR

Tramp: İran hakimiyyəti erkən mərhələdə kəsilib çıxarılmalı olan xərçəngdir

2026.07.08, 12:36
Tramp: İran hakimiyyəti erkən mərhələdə kəsilib çıxarılmalı olan xərçəngdir

İran hakimiyyəti "erkən mərhələdə kəsilib çıxarılmalı olan xərçəngdir" və ABŞ qüvvələrinin gecə ərzində İran ərazisindəki hədəflərə "çox sərt" zərbələr endirib.

Gunaz.tv

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp bu fikirləri Ankarada keçirilən NATO sammiti çərçivəsində NATO-nun baş katibi Mark Rütte ilə birgə çıxışı zamanı səsləndirib.

"Bunlar pis və xəstə insanlardır. Biz bu xərçəngdən qurtulmalıyıq... Xərçəngi erkən mərhələdə kəsib çıxarmaq lazımdır", – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, İran öldürülən ali liderinin dəfn mərasimlərinə diqqət ayırmaq əvəzinə gəmilərə raketlər atıb və ABŞ-ın cavabının "20 dəfə daha sərt" olduğunu söyləyib.

Tramp həmçinin vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə imkan verilə bilməz və o, Tehranı son 47 il ərzində "problem mənbəyi" adlandırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar