SON XƏBƏRLƏR

Oman İranın Bəhreynə, Küveytə və Hörmüz boğazındakı gəmilərə hücumlarını pisləyib

2026.07.08, 14:01
Oman İranın Bəhreynə, Küveytə və Hörmüz boğazındakı gəmilərə hücumlarını pisləyib

Oman İranın Bəhreyn və Küveytə qarşı həyata keçirdiyi hərbi hücumları, eləcə də Hörmüz boğazında Səudiyyə Ərəbistanı və Qətərə məxsus iki kommersiya gəmisinə edilən hücumları qətiyyətlə pisləyib.

Gunaz.tv

Omanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib ki, ölkə təhlükəsizliyinin, sabitliyinin, ərazi bütövlüyünün, suverenliyinin və milli maraqlarının qorunması istiqamətində atılan tədbirlərdə həmin dövlətlərlə həmrəydir.

Nazirlik vurğulayıb ki, regionda artan hərbi gərginlik təhlükəsizliyi, dəniz nəqliyyatının təhlükəsizliyini, beynəlxalq ticarət axınlarını və qlobal enerji təchizatını təhdid edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar