SON XƏBƏRLƏR

İran rəhbərləri dəlidir- Tramp

2026.07.08, 15:03
İran rəhbərləri dəlidir- Tramp

İran liderləri yalançıdır və davranışları qəribədir.

Gunaz.tv

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, İran tərəfi ilə razılaşma əldə edildikdə və hər kəs nüvə məsələsində razılığa gəldikdə, İran rəsmiləri görüşdən kənarda jurnalistlərə açıqlamalarında bunu inkar edirlər.

"Biz onlarla razılığa gəlirik, nüvə silahı olmayacaq. Amma onlar çıxıb mətbuata deyirlər ki, biz bu barədə heç vaxt danışmamışıq",- Tramp əlavə edib.

ABŞ prezidenti kəskin bir tonda İran liderlərinin davranışlarında problem olduğunu bildirib və onları dəli adlandırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar