SON XƏBƏRLƏR

Tramp: Xark adasını ələ keçirə bilərik

2026.07.08, 22:24
Tramp: Xark adasını ələ keçirə bilərik

ABŞ Prezidenti Donald Tramp Xark adasının ABŞ tərəfindən ələ keçirilə biləcəyini bildirib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp çərşənbə günü NATO liderlərinin sammiti çərçivəsində ABŞ-ın Xark adasını ələ keçirə biləcəyini açıqlayıb.

Tramp ABŞ-ın çərşənbə axşamı gecəsi İrana endirdiyi zərbələrə toxunaraq bildirib ki, Ərəb körfəzində yerləşən Xark adasının bir hissəsi də hədəfə alınıb.

O əlavə edib: “Bəlkə də Xark adasını ələ keçirəcəyik. Onların (iranlıların) bunun qarşısını almaq üçün edə biləcəyi heç nə yoxdur.”

Tramp həmçinin vurğulayıb ki, ABŞ hərbi qüvvələrinə adadakı neft obyektlərini hədəfə almamaq barədə göstəriş verib.

Xark adası İranın neft ixracı və yüklənməsi üçün əsas terminal hesab olunur və ölkənin ən mühüm strateji enerji mərkəzlərindən biridir.

 

Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar