SON XƏBƏRLƏR

Xameneiyə yaxın qəzet: “Trampın başını istəyirik!”

2026.07.08, 23:36
Xameneiyə yaxın qəzet: “Trampın başını istəyirik!”

İranın sərt mövqeyi ilə tanınan “Keyhan” qəzeti Donald Trampın öldürülməsini istəyib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran lideri tərəfindən baş redaktoru təyin olunan radikal mövqeli “Keyhan” qəzeti çərşənbə günü dərc olunan sayında birinci səhifəsində Donald Trampın, ABŞ prezidentinin, İran tərəfindən öldürülməsinə çağırış edib.

Qəzet “Tramp sağ qalmamalıdır” və “Trampın başını istəyirik!” başlıqları ilə dərc olunan iki ayrı yazıda Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı sui-qəsd çağırışı edib və bunu İranın keçmiş lideri Əli Xameneinin öldürülməsinin “qisası” kimi təqdim edib.

“Keyhan” daha sonra İran rəsmilərinə müraciətlə yazıb: “Rəsmilər Tramp və Netanyahunun öldürüləcəyini açıq şəkildə elan etsinlər.”

Qəzetin baş redaktoru Hüseyn Şəriətmədari də ayrıca yazısında Donald Trampın İran tərəfindən “vacibül-qətl” elan edilməsini və hökumət tərəfindən bunun üçün mükafat təyin olunmasını istəyib. O, ABŞ ilə davam edən danışıqlara toxunaraq yazıb: “Trampın mühakimə və cəzalandırılması üçün İrana təhvil verilməsi tələbi İranın bir neçə şərtindən biri və anlaşma memorandumunun ilk bəndi olmalıdır.”

Son günlər İranın keçmiş lideri Əli Xameneinin dəfn mərasimi ilə eyni vaxta təsadüf edən bəzi tədbirlərdə onun ölümünün “qisasının alınması” ilə bağlı şüarlar səsləndirilib.

 

Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar