SON XƏBƏRLƏR

Vens: İranı darmadağın edəcəyik

2026.07.09, 01:38
Vens: İranı darmadağın edəcəyik

ABŞ vitse-prezidenti İranı Hörmüz boğazı ilə bağlı sərt şəkildə xəbərdar edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ vitse-prezidenti Cey Di Vens çərşənbə günü İranın Vaşinqtonla əldə olunan razılaşmanı pozduğunu bildirərək xəbərdarlıq edib ki, gəmilərə hücumlar davam edərsə, ABŞ “indiyədək olduğundan daha sərt cavab verəcək.”

Vens deyib: “Əgər onlar gəmilərə atəş açsalar, biz onları darmadağın edəcəyik. Bu qədər sadədir.”

O həmçinin vurğulayıb ki, Donald Trampın Hörmüz boğazını açıq saxlamaq üçün çoxsaylı variantları var və əlavə edib: “Əgər onlar bu marşrutu bağlamağa cəhd etsələr, ABŞ ordusunun cavabı ilə üzləşəcəklər.”

Bu açıqlamalar Donald Trampın İrana qarşı yeni hücumlarla bağlı xəbərdarlığından və ABŞ-ın İranın cənubundakı hədəflərə endirdiyi zərbələrdən sonra səsləndirilib.

 

Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar