SON XƏBƏRLƏR

Nazir: Ermənistanla delimitasiya şimaldan cənuba davam etdiriləcək, eksklav kənd məsələləri həllini tapacaq

2026.07.09, 10:11
Nazir: Ermənistanla delimitasiya şimaldan cənuba davam etdiriləcək, eksklav kənd məsələləri həllini tapacaq

Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya üzrə iş gedir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu istiqamətdə komissiyalar yaradılıb: “Bu iş mütəmadi davam etdirilir. Biz aparılan işin ilkin müsbət nəticələrinə şahid olmuşduq, 13 km-ə yaxın dövlət sərhəd xətti delimitasiya edilib”.

Ceyhun Bayramov qeyd edib ki, hər iki tərəfdə bəlli razılaşmalar əldə edilib: "Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Proses həyata keçiriləcək, eksklav kənd məsələləri öz həllini tapacaq”.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar