SON XƏBƏRLƏR

Nigeriyada Əli Xameneinin dəfn mərasimi keçirilib

2026.07.11, 10:16
Nigeriyada Əli Xameneinin dəfn mərasimi keçirilib

İyulun 9-da Əli Xameneinin Məşhəd şəhərində dəfn mərasimi ilə eyni vaxtda Nigeriyada da onun simvolik dəfn mərasimi keçirilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, İrana bağlı "Nigeriya İslam Hərəkatı"nın bir qrup üzvü ölkənin Bavçi əyalətində Xameneinin simvolik tabutunu gəzdirib, sonra onu qəbristannlıqıardan birində dəfn ediblər.

Mərasimdən sonra tədbir iştirakçıları arasında İranın qida məhsulları paylanılıb, onların hər birinə Nigeriya pulu ilə 4000 nayra (təxminən 3 dollar) mükafat verilib.

"Nigeriya İslam Hərəkatı"nın üzvləri tabutun basdırıldığı yerin ziyarətgah kimi inşa edilməsini təklif ediblər.

Qeyd edək ki, Nigeriyada islam dövlətinin qurulmasını tələb edən "Nigeriya İslam Hərəkatı"nın fəaliyyətinə 2019-cü ildə qadağa qoyulub.

Hərəkatın başçısı, bundan əvvəl terrorçuluq ittihamına görə həbs olunan İbrahim Zəkzaki İranın keçmiş rəhbəri Əli Xaməneinin Afrikadakı nümayəndələrindən sayılır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar