SON XƏBƏRLƏR

ABŞ Hörmüz boğazı ilə bağlı açıqlama verdi

2026.07.12, 15:08
ABŞ Hörmüz boğazı ilə bağlı açıqlama verdi

ABŞ: İran Hörmüz boğazına nəzarət etmir.

Gunaz.tv

CENTCOM bildirib ki, Hörmüz boğazında gəmi hərəkəti davam edir və İran bu strateji su yoluna nəzarət etmir.

Gunaz TV-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına nəzarət etmədiyini və bu su yolunda gəmilərin hərəkətinin davam etdiyini açıqlayıb.

CENTCOM həmçinin bildirib ki, Hörmüz boğazı bu marşrutdan qanuni şəkildə istifadə edən bütün gəmilər üçün açıqdır. Açıqlamada vurğulanıb ki, ABŞ qüvvələri İranın aqressiv və özbaşına addımlarına baxmayaraq, dəniz nəqliyyatının sərbəstliyini qorumaq üçün bölgədə lazımi mövqedə yerləşdirilib və tam hazırlıq vəziyyətindədir.

 

Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar