SON XƏBƏRLƏR

Tavanir: İranın elektrik şəbəkəsinə dəyən zərər 60 trilyon tüməni keçib

2026.07.12, 17:30
Tavanir: İranın elektrik şəbəkəsinə dəyən zərər 60 trilyon tüməni keçib

İranın elektrik şəbəkəsinə dəyən zərərin 60 trilyon tüməndən çox olduğu açıqlanıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Tavanir şirkətinin baş direktoru Məhəmməd Elahdad bildirib ki, İsrail və ABŞ-ın hücumları zamanı ölkənin elektrik şəbəkəsinin 2 mindən çox nöqtəsi zərər görüb.

Elahdad İSNA agentliyinə deyib ki, hücumlar nəticəsində elektrik şəbəkəsinin istehsal gücü təxminən 4 min 200 meqavat azalıb və elektrik sektoru ilə bağlı infrastruktur və avadanlıqlara dəyən ümumi zərər 60 trilyon tüməni ötüb.

Onun sözlərinə görə, elektrik infrastrukturuna dəyən zərərlə yanaşı, havaların kəskin istiləşməsi də elektrik istehlakını artıraraq şəbəkəyə əlavə yük yaradıb.

Tavanir rəhbəri vətəndaşları elektrikdən qeyri-zəruri istifadənin azaldılmasına çağırıb və bunun elektrik şəbəkəsinin sabitliyinin qorunmasına kömək edəcəyini bildirib.

 

Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar