SON XƏBƏRLƏR

ABŞ senatoru Lindsi Qrehem vəfat edib

2026.07.12, 18:30
ABŞ senatoru Lindsi Qrehem vəfat edib

İsrailin yaxın tərəfdarı və İran İslam Respublikasının qətiyyətli tənqidçilərindən olan ABŞ senatoru Lindsi Qrehem vəfat edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın Respublikaçı senatoru Lindsi Qrehemin ofisi bazar günü yaydığı açıqlamada onun şənbə günü qəfil başlayan qısa sürən xəstəlik nəticəsində dünyasını dəyişdiyini bildirib.

Lindsi Qrehem ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından iki həftə əvvəl Münhendə İran İslam Respublikasına müxalif qüvvələrin toplantısında iştirak etmiş və çıxış etmişdi.

O, İsrailin güclü tərəfdarı və İran İslam Respublikasının ən sərt tənqidçilərindən biri kimi tanınırdı. Qrehem ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyat qərarını da açıq şəkildə dəstəkləmişdi.

Senatorun ofisinin açıqlamasında bildirilib ki, o, şənbə axşamı vəfat edib. Lindsi Qrehem Donald Trampın yaxın dostlarından hesab olunurdu və tez-tez onunla birlikdə qolf oynayırdı.

Onun vəfatı barədə xəbər bazar günü açıqlanıb. Halbuki Qrehem cümə günü Ukraynaya dəstəyini nümayiş etdirmək məqsədilə Kiyevə səfər etmişdi.

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar