SON XƏBƏRLƏR

ABŞ Qeşm adasına zərbə endirdi

2026.07.12, 20:16
ABŞ Qeşm adasına zərbə endirdi

Qeşm valisi adaya hücumu təsdiqlədi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, bu gün günortadan sonra Bəndər Abbas və Qeşm adasında bir neçə partlayış səsi eşidildikdən sonra İran rəsmiləri Qeşm adasına hücumu təsdiqləyiblər.

Qeşm valisi Hüseyn Əmir Teymuri İRNA agentliyinə bildirib ki, adaya “10-11 mərmi” düşüb. Onun sözlərinə görə, zərbələr hərbi hədəflərə endirilib və insan tələfatı olmayıb.

Bundan əvvəl SEPAH-a yaxın olan Fars xəbər agentliyi Bəndər Abbasın şərqində və Hörmüz boğazı yaxınlığındakı Qeşm adasının cənubunda bir neçə partlayış səsinin eşidildiyini yazmışdı. İran dövlət televiziyası da Qeşmdə baş verən partlayışları təsdiqləyib.

Eyni zamanda, Axios saytının jurnalisti Barak Ravid amerikalı yüksəkvəzifəli rəsmiyə istinadən bildirib ki, ABŞ ordusu Hörmüz boğazı ətrafında SEPAH-ın raket sistemlərini, hava hücumundan müdafiə sistemlərini və sürətli hərbi qayıqlarını bir neçə nöqtədə hədəfə alıb.

Bu hücumlar ABŞ ilə İran arasında son günlər yenidən başlayan hərbi qarşıdurmanın davamı kimi qiymətləndirilir.

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar